Accessibility links

Haviyer Solana: İranın nüvə proqramı probleminin həlli istiqamətində  irəliləyiş əldə edilir


Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəhbəri Haviyer Solana deyir ki, vasitəçilər İranın nüvə proqramı ətrafındakı problemin həll olunması istiqamətində real irəliləyiş əldə edirlər. Solana Brüsseldə jurnalistlərə bildirib ki, indiyədək İran rəsmilərilə bu səviyyədə danışılqar keçirilməyib. Bu gün erkən Fransa təsdiq edib ki, İran nümayəndəsi Əli Laricani deyib ki, onun ölkəsi uran zənginlşdirməsini müzakirə etməyə hazırdır. İran BMT-nin ona verdiyi şərtlərə hələ ki, əməl etməyib. Vaşinqtonda çıxış edən prezident Buş İranın ləngitmə taktikalarının qarşısını almağa və Tehranı uran zənginləşdirilməsini dərhal dayandırmağa çağırmışdır. Cənab Buş söyləyib ki, BMT Baş Assambleyasının Nyu Yorkdakı iclası zamanı o, İran prezidenti Mahmud Əhmədinejadla görüşməyəcək.

XS
SM
MD
LG