Bu gün Roma Papası Benedikt dediklərinin müsəlmanlar tərəfindən necə interpretasiya olunduğundan dərin təəssüfünü bildirərək, İslam dünyasının onun bu din haqqında dediklərinin səbəb olduğu qəzəbi soyutmağa çalışıb. Roma Papası deyib ki, onun keçən həftə Almaniyada etdiyi çıxışında 14-cü əsrdə Bizans imperatorundan gətirdiyi, İslamı tənqid edən sitat onun şəxsi fikirlərini əks etdirmir. Qeyd edək ki, Almaniyadakı çıxışı zamanı Roma Papası Benedikt Cihad-müqəddəs müharibə barədə danışarkən, zorakılıqların Allahla heç bir əlaqəsi olmadığını da deyib.