Misirin Müsəlman Qardaşlığı Təşkilatı Papanın bugünkü bəyanatının onun İslam barədə məşhur bəyanatına görə kifayət üzrxahlıq olduğunu bildirib. Qadağan olunmuş, lakin təqib olunmayan Qardaşlığın lideri Məhəmməd Həbib Qahirədə deyib ki, Papanın yeni bəyanatı onun sözünü geri götürməsi deməkdir. Lakin qrup Vatikanın başçısının İslam haqqında fikirlərini bir daha açıqlayacağına ümid edir.
Papanın Almaniyada etdiyi çıxışı ilə bağlı etiraz aksiyaları digər müsəlman ölkələrində davam edib. İordan çayının Qərb sahilində daha iki kilsəyə atəş açılıb. Tulkarem şəhərindəki kilsəyə ciddi ziyan dəyib. İranın Qum şəhərində də tələbələr Papanın bəyanatına qarşı etiraz aksiyası keçirib.