Accessibility links

Ramazan Ayı başladı


Bütün dünya müsəlmanları bu gün Ramazan ayının girməsini bayram edib. İordan çayının Qərb sahilindəki fələstinlilər bu gün Ramazan bazarlığı etmək üçün bazar-dükanlara axışıb.

Ramazan ayı 14 əsr bundan əvvəl müqəddəs Quranın Məhəmməd peyğəmbərə nazil edildiyi aydır.

Bağdadda sünni ərəb müsəlmanlar yeni ayın görünməsindən sonra bayramlaşmağa başlayıb. Şiələr isə bu bayram ayını bazaar və ya bazaar ertəsi günü qeyd etməyə başlayacaqlar.

Amerikada yerləşən İslami Yardım Təşkilatı dünya müsəlmanlarını bu ayda xeyriyyəçiliklə məşğul olmağa çağırıb. Həmin təşkilat 25 ölkədə 1 milyondan artıq insanı qida yardımı ilə təmin etməyi planlaşdırır.

Amerika Birləşmiş Ştatlarının prezidenti Corc Buş da bu gün Amerika və dünya müsəlmanlarını mübarək Ramazan ayının gəlməsi münasibətilə təbrik edib.

XS
SM
MD
LG