Accessibility links

Roma Papası müsəlman liderlərlə görüşəcək


Roma papası Benedikt Bazar Ertəsi müsəlman ölkələrindən gəlmiş diplomatlara və İtaliyanın müsəlman icmasının liderləri ilə görüşərək İslam haqda dediklərinin düzgün anlanılmadığını izah edəcək. Dinlərarası Dialoq üçün Pontifik Şuranın rəhbəri kardinal Pol Pupard da papanın yay iqamətgahında keçiriləcək həmin görüşdə iştirak edəcək. Vatikan rəsmiləri ümid edirlər ki, bu görüş Roma Katolik Kilsəsi və İslam Dünyası arasındakı dialoqu bərpa edəcək. Qeyd edək ki, ayın əvvəlində papa Benedikt Məhəmməd peyğəmbəri tənqid edən 14-cü əsr Bizantin imperatorundan sitat gətirmişdi. Dünya boyu minlərlə müsəlman papanın dediklərinə qarşı etiraz aksiyaları keçirib.
XS
SM
MD
LG