Accessibility links

V.Müəllim:"Yaxın Şərqin əsas problemi İsraildir"


Yaxın Şərqdə zorakılıq və terrora görə İsraili günahlandıran Suriyanın xarici işlər naziri Valid Müəllim BMT-nin Baş Assambleyasının sessiyasında etdiyi çıxışı zamanı deyib ki, Vaşinqtonda qərar verənlərin ərəb dünyasının ehtiyaclarının nədən ibarət olduğunu yaxşı bildiklərini deməsi bizə baha başa gəlir. Nazir dəfələrlə İsrailin ərəb ərazilərinin işğalına son qoymasının vacibliyini vurğulayıb. O deyib ki, zəif siyasət və İsrailin təcavüzünün ən böyük qurbanı Fələstin xalqıdır. Suriyanın xarici işlər naziri Valid Müəllim bildirib ki, yeni və böyük Yaxın Şərqdən danışan dünya ictimaiyyəti İsrailin ərəb torpaqlarının işğalının regionun əsas problemi olduğunu başa düşməlidir. O, Amerikanın terrorizmlə mübarizəsinin nailiyyətsizlyini qeyd edərək, dünyanın daha təhlükəli yerə çevrildiyini bildirib. Suriyanın xarici işlər nazirinin çıxışı Suriya prezidenti Bəşər Əl-Əsədin Almaniyanın həftəlik jurnalına verdiyi müsahibəsi ilə həmahəngdir. Belə ki, rezident Əsəd demişdi ki, terrorizm vüsət almaqdadır və Amerika digərlərinin də marağını nəzərə almalıdır.
XS
SM
MD
LG