Accessibility links

ABŞ prezidenti Corc Buş Əfqanıstan və Pakistan liderlərini Ağ Evə şam yeməyinə dəvət edib


Bir həftə ərzində biri-birini kəskin tənqid atəşinə tutan Pakistan və Əfqanıstan liderləri arasında prezident Buş sülhməramlı missiyanı üzərinə götürüb. Görüş zamanı soyuqluq nəzərəçarpacaq dərəcədə hökm sürmüşdü. Pakistan prezidenti Pərviz Müşərrəf və əfqan lideri Həmid Karzay biri-birinin əlini belə sıxmamışlar. ABŞ prezidenti Corc Buş deyib ki, üzləşdiyimiz çətinliklərə baxmayaraq, biz bərabər çalışıb, dünyanı ümidverici bir yerə çevirməliyik. Əfqanıstan və Pakistan liderləri biri digərini Üsama Bin Ladenin ələ keçirilməsi üçün lazımi iş görmədiyində günahlandırır. Pakistan prezidenti Pərviz Müşərrəf Əfqansıtanın narkotik qaçaqmalçılığından əldə edilən gəlirlərinin Talebanın maliyyələşdirilməsinə yönəldiyini deyir.

XS
SM
MD
LG