Accessibility links

Rusiya Gürcüstandakı səfirini geri çağırıb


Rusiya öz səfirini Gürcüstandan geri çağırıb və Tbilisidən Rusiya personalı və onların ailə üzvlərinin evakuasiyasına başlayıb.

Rusiyanın xarici işlər naziri evakuasiyanı səfirlik işçilərinə qarşı artan təhlükəyə cavab olaraq apardığını deyib. Rusiya bu addımı Gürcüstan rəsmilərinin Rusiyanın beş zabitini casusluq ittihamı ilə həbs etdikdən sonra atıb. İşlə əlaqədar 12 gürcü də həsb olunub.

Rusiyanın müdaifə naziri Sergey Lavrov zabitlərin dərhal azad edilməsini tələb edib. O, casusluq ittihamlarını əsassız adlandırıb və həbslərin provokasiya olduğunu deyib. Gürcüstanın təhlükəsizlik xidməti isə Tbilisidə Rusiyanın hərbi qərargahını mühasirəyə alaraq, içəridə olan digər casusluqda şübhəli bilinənlərin təhvil verilə sini tələb edib.

XS
SM
MD
LG