Accessibility links

Prezident Buş İraq siyasətini müdafiyə edib


Prezident Buş amerikalıları bu yaxınlarda məxviliyi ləqv olunan və Iraq müharibəsi barədə yeni tənqidlərə gətirib çıxardan kəşfiyyat hesabatını oxumağa çağırıb. ABŞ prezidenti radiodan həftəlik müraciətində söyləyib ki, o, sənədin əsas hissələrinin məxviliyini ləqv edib ki, Amerika vətəndaşları özləri bu məlumatı oxuyub özləri nəticə çıxarda bilsinlər. Prezident Buş İraqdan hərbi qüvvələrinin çıxarılmasının terrorçuları cəsarətləndirəcəyi barədəki mövqeini təkrar edib. İraq müharibəsi əlili və nümayəndələr palatasına demokrat partiyasından namizedliyini irəli sürən Temi Dukvort isə Prezidentin radiodan həftəlik müraciətinə demokratların cavabı olan çıxışı edib. İraqda vertalyotuna edilən hücum nəticəsində iki ayağını da itirən keçmiş ordu kapitanı söyləyib ki, Buş administrasiyası, İraqın təhlükəsizliyini təmin edəcək strategiya inkişaf etdirmək əvəzinə eyni xətti davam etdirmək kimi şüarlarla çıxış edir. ABŞ Prezidenti keçən bazar günü bəzi hissələri mətbuatda çap olunan kəşfiyyat məlumatının Noyabr seçkilərindən əvvəl siyasi məqsədlərlə yayəldığını söyləyib. ABŞ prezidenti bundan sonra hesabatın əsas hissələri üzərində məxviliyin qaldırılması barədə Milli Kəşffiyyat Direktoruna göstəriş vermişdi.

XS
SM
MD
LG