Accessibility links

Özbəskistan jurnalisti azadlıqdan məhrum edildi


Özbəkistan məhkəməsi müstəqil insan hüquqları müdafiəçisi və jurnalist Uluqbek Xaidarovu pul mənimsəmə ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edib. Amerikada yerləşən Jurnalistlərin hüquqlarının müdafiəsi komitəsinn bildiridyinə görə, məhkəmənin hökmü ikicə gün sürən prosesdən sonra və müşahidəçilərin iştirakına icazə verilmədən çıxarılıb. Mətbuat hüquqları qrupları Xaidarovun sentayabr ayında səlahiyyətli nümayəndələrlə əldə etdiyi razılığın araşdırılması məqsədi ilə yerli bir biznesmen qadınla görüşdündən sonra həbs edildiyini deyirlər. Deyilənlərə görə, həmin qadın jurnlistin cibinə 400 dollar pul qoyub. Qadın pul verdiyini etiraf etsə də, məhkəmədə onun əlyehinə ifadə verməkdən imtina edib.

XS
SM
MD
LG