Accessibility links

Rusiya ilə Gürcüstan arasında gərginlik artmaqdadır


Rusiya 150 nəfərə yaxın gürcünü ölkədən deportasiya edib. Onlar Moskvadan Tbilisiyə bu gün təyyarə ilə aparılıblar. Rusiyanın Gürcüstandan Rusiyaya istiqamət alan təyyarəsi isə 175 nəfər rusu Gürcüstandan çıxarmalıdır. Moskva rəsmilərinin bildirdiyinə görə, onlar Rusiyada təhsil alan bütün gürcü tələbələrinin siyahısının hazırlanması barədə əmr almışlar. Bunun məqsədi qeyri-qanuni mühacirlərin izinə düşülməsidir. Polis isə belə bir göstəriş verildiyini inkar edir. Xatırladaq ki, yeni ölçülər Gürcüstanla Rusiya arasındakı gərgin vəziyyəti daha da dərinləşdirir.
XS
SM
MD
LG