Accessibility links

İranda qadınlar daşqalaq olunacağı günü gözləyir


İran Azərbaycanında və digər bölgələrdə bir neçə qadın edamını gözləyir.

Bu həftə Amnesty İnternational - beynəlxalq amnistiya təşkilatı həəmin qadınların daşa basma ilə edamına qarşı təcili tədbir kampaniyasını davam etdirib.

Təşkilatın verdiyi bəyanata görə yaxınlarda edamı gözlənilən qadınlardan biri Pərisa, Şiraz şəhərində 2004-cü ildə həbs olunub. O, əri tərəfindən kasıblıq ucbatından fahişəliyə zorlandığını bildirib.

Əhvaz ərəblərindən olan İranın isə sadəcə qonşuluqda yaşayan bir oğlanla söhbət etdiyinə görə əri tərəfindən bıçaqlandığı, sonra isə ərinin qonşu tərəfindən elə öz bıçağı ilə öldürüldüyü bildirilir. İlkin istintaq zamanı qonşusu ilə əlaqəsinin olduğunu etiraf edən İran sonra bu ifadənin işgəncə altında verildiyini irəli sürərək həmin ifadədən imtina edib. Lakin Xuzistan məhkəməsi onu 5 il həbsdən sonra daşa basma ilə edama məhkum edib.

Digər bir əhvaz ərəblərindən olan qadın – Xeryriyyə də eyni ittihamla daşa basmaya məhkum edilib. Amnesty İnternationala göndərdiyi məktubda Xeyriyyə yazır: "Qoy məni assınlar, amma daşa basmasınlar"

Təbriz həbsxanasında edamını göxləyən Kübra Nəccarın da taleyi Pərisanınkına bənzəyir. Onun səkkiz illik həbs müddəti iki il əvvəl başa çatıb. Edam hökmünün isə bu yaxınlarda yerinə yetiriləcəyi élan edilib. Kübra narkoman olduğunu iddia etdiyi həyat yoldaşı tərəfindən fahişəliyə məcbur edildiyini bildirir. Onun ərini öldürən müştərilərindən biri olub. Qatil Kübranın ərinin ailəsinə qan haqqı ödədiyinə görə bağışlanılıb. Kübra isə yox...

Urmiyə məhkəməsinin daşa basmaya məhkum etdiyi Şamama Qurbani həbsə düşməzdən öncə əri və qardaşı tərəfindən döyülüb və bıçaq yarası alıb.

Soğra Molayinin Tehran yaxınlığındakı Kərəc şəhərində saxlandığı bildirilir. O, əri tərəfindən mütəmadi işgəncə olunduğunu, lakin onu öldürmək niyyətinin olmadığını bildirib. O, ərini öldürən şəxslə əlaqəsinin olduğunu da inkar edib. Soğra da edamını gözləyir.

Amnesty İnternational İranda qadınların daşa basılması təcrübəsini pisləyərək İran hökumətini cinayətkarların cəzalandırılması üçün daha humanist üsullar tətbiq etməyə çağırır.

Beynəlxalq təşkilatlar İranda qadın hüquqlarının mütəmadi pozulması ilə bağlı etirazlarını dəfələrlə bildiriblər. Güney Azərbaycan İstiqlal Partiyasının bu gün yayılan bəyanatında da İranda daşqalaq hökmlərinə etiraz ifadə olunub.

Bəyanatı və reportajı audio-formatda dinləyin

XS
SM
MD
LG