Accessibility links

Yaponiya lideri son beş ildə Çinə ilk səfər edir


Yaponiya baş naziri Şinzo Abe iki dövlət arasında 5 ildən bəri keçirilən ilk sammitdə Çin prezidenti Hu Cintao və Baş Nazir Ven Ciabao ilə görüşüb. Yaponiya baş nazirinin Çinə səfərinin məqsədi Yaponiyanın müharibə tarixi, ərazi iddiaları və genişlənən strateji rəqabətlə əlaqədar ölkələr arasında pisləşən münasibətləri məcrasına qoymaq məqsədi daşıyır. Gündəmdə həmçinin Şimali Koreyanın nüvə proqramı dayanıb. Çin və Yaponiya liderləri Pxenyanın nüvə sınağı keçirəcəyi haqda açıqladığı hədələrdən dərin narahatlıq keçirdiklərini bildirmişlər. Pekinə gəlməzdən əvvəl cənab Abe bəyan etmişdi ki, nüvə sınağı keçirdiyi təqdirdə Şimali Koreyanın beynəlxalq təcridi daha da artacaq.
XS
SM
MD
LG