Accessibility links

Amerika əhalisinin sayı 300 milyonu ötür


Amerikada Əhalinin Siyahıya Alınma Bürosunun verdiyi məlumata görə gələn həftə Birləşmiş Ştatlar əhalsinin sayı 300 milyonu ötəcək. Büronun İnternet səhifəsində qoyulmuş əhali saatına əsasən Birləşmiş Ştatlar əhalisi bu rəqəmə yaxınlaşmaqdadır. Demoqrafların dediyinə görə Amerika əhalsinin artımı əsasən immiqrasiyadan və immiqrantların övladlarından qaynaqlanır. Sensus Bürosunun verdiyi məlumata görə 43 milyonlu ispandilli əhali Amerikada ən iri etnik və irqi azlıq təşkil edir. Qeyd edək ki, gələn ay keçiriləcək Konqres seçkilərində ölkəyə Meksikodan daxil olan qeyri-qanuni mühacirlərin məsələsi başlıca seçki mövzularından biri hesab olunur.
XS
SM
MD
LG