Accessibility links

Prezident Buş Şimali Koreyanın nüvə testinin müzakirəsinə çağırır


Prezident Buş Cənubi Koreya, Yaponiya, Rusiya və Çinin liderlərini Şimali Koreyanın nüvə testini müzakirə etməyə çağırıb. Ağ Evdə bəyanat verən prezident Buş testi qınayıb və beynəlxalq ictimaiyyəti buna münasibət bildirməli olduğunu deyib. Prezident Buş deyib ki, Şimali Koreyanın nüvə testi keçirməsini iddia etməsi özü-özlüyündə dünyada sülhə və sabitliyə təhlükədir. Birləşmiş Ştatlar bu provokasiya aksiyasını qınayır - deyə ABŞ prezidenti bildirib.

Prezident Buş deyib ki, Şimali Koreya İran və Suriya texnologiyaların ötürülməsi daxil olmaqla, raket texnologiylarını dünyada yayan əsas ölkələrdən biri olaraq qalır. Corc Buş beynəlxalq ictimaiyyətin Şimali Koreyanın aksiyalarını qəbuledilməz kimi qiymətləndirdiyini və bunun BMT-nin Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılmalı olduğunu bəyan edib. Prezidentr Buş ABŞ-ın dipomatiyaya üstünlük verdiyini vurğulayıb.

XS
SM
MD
LG