Accessibility links

Hizbullahın silahları müsadirə edilir


Livanın müdafiə naziri Eliyas Murr Hizbullaha məxsus hərbi təchizatın müsadirə edildiyini bildirib. Bu gün Beyrutda müxbirlərlə söhbəti zamanı nazir deyib ki, Hizbullah Livanın cənubunda silahlı mövcudluğa son qoyulması sahəsində hökumətlə əməkdaşlıq edir. Livanın müdafiə naziri Elyas Murr silahların nə zaman və harada müsadirə edildiyi barədə məlumat verməyib.

XS
SM
MD
LG