Accessibility links

Şimali Koreyaya qarşı ölçülər müzakirəyə çıxarılıb


Dünən Şimali Koreya televiziyası ölkədə ilk nüvə sınağının müvəffəqiyyətlə həyata keçirildiyi barədə məlumat yaymış və bu, irəliyə doğru böyük bir addım kimi qiymətləndirilmişdi. Cənubi Koreaya höküməti dərhal hərbi hazırlığı gücləndirmişdir. Cənubi Koreya höküməti Şimali Koreyaya qarşı siyasətinin dəyişdiriləcəyini bildirmişdir. Seulda qörüş keçirən Cənubi Koreya və Yaponiya rəhbərləri sınağı qınamışlar. Yaponiya Şimali Koreyada nüvə sınağının təsdiqi barədə məlumatlar qözlədiyi zaman, hökümət kommunist dövlətinə əlavə sanksiyaların tətbiqi məsələsini müzakirəyə çıxarıb. Çin uzun müddət Şimali Koreyaya qarşı sanksiyalara əleyhinə idi, lakin nüvə sınağı barədə məlumatdan sonra Şimali Koreayaya qarşı BMT sanksiyalarına dəstək verəcəyini bildirmişdir. İsrail rəsmiləri deyiblər ki, sınaq beynəlxalq içtimayyətin Pxenyanın nüvə proqramlarını dayandırmaq səylərinin uğursuzluğuna işarədir və bu, İran kimi ölkələrin nüvə silahlarının inkişafını davam etməsinə imkan yaradır. Avstraliya Şimali Koreyanın o ölkədəki səfiri ilə müzakirələr keçirmiş, Şimali Koreyanın sınağa bəraət qazandırmasını rədd etmişdir. Şimali Koreyanın digər ölkələrlə diplomatik əlaqələri məhdud olduğuna görə, Avstraliya onunla dünya ölkələri arasında kommunikasiya vasitəsi ola bilər.
XS
SM
MD
LG