Accessibility links

Bağdaddakı televiziya studiyasına hücum olub


İraq polisi bir nəfər silahlı şəxsin bu gün Bağdadda yeni açılmış Şaabiyə televiziya stansiyasına hücum edərək 11 nəfər işçini qətlə yetirdiyini xəbər verir. Qeyd edək ki, bu İraqda mediyaya qarşı olan hücumlardan ən böyüyüdür.

Televiziya studiyasının meneceri Nəsən Kamil hücum edən şəxsin binaya daxil olaraq əvvəlcə mühafizləri, sonra isə müdiri və digər işçiləri qətlə yetirdiyini deyib. Lakin menecer bu hücumun arxasında duranlar haqda məlumatı olmadığını bildirib.

Başqa bir xəbərdə isə bildirilir ki, Bağdadda baş verən digər bomba hücumu nəticəsində azı 8 nəfər qətlə yetirilmiş, bir neçə nəfər isə yaralanmışdır.

XS
SM
MD
LG