Accessibility links

Şimali Koreya ona qarşı tətbiq edilən sanksiyaları müharibə aktı kimi qiymətləndirir


Şimali Koreya bildirib ki, keçirdiyi nüvə sinağına cavab olaraq Birləşmiş Millətlər Təşkilatının tətbiq etdiyi sanksiyalar müharibə aktıdır. Pxenyanın sanksiyalara ilkin rəsmi reaksiyası ABŞ-ın yüksək vəzifəli nümayəndəsinin bu ölkənin nüvə proqramları ilə əlaqədər regiona gəlməsinə təsadüf edir.

Şimali Koreya televiziyası ilə Pxenyanın xarici işlər nazirinin bəyanatı yayımlanmışdır. Bəyanatda bildirilir ki, Birləşmiş Millətlər Təşkilatının sanksiyaları “ancaq müharibə aktı kimi qiymətləndirilə bilər”. Bundan əlavə bəyanatda deyilir ki, Şimali Koreya “sülh arzulasa da müharibədən qorxmur və dialoq arzulasa da qarşıdurmaya hər zaman hazırdır”.

Qeyd edək ki, keçən həftə Şimali Koreyanın nüvə sınağından sonra, BMT-nin Təhlükəsizlik Şurası, Şimali Koreyaya bir çox məhsulların və ilk növbədə hərbi avadanlığın idxal və ixracının qadağasını nəzərdə tutan qətnamə qəbul etmişdi. Qəbul edilmiş qətnaməyə əsasən BMT-yə üzv olan ölkələrin nümayəndələri Şimali Koreayanın gəmilərində axtarış apara bilərlər. Lakin qətnamədə Şimali Koreayaya qarşı hərbi əməliyyatların aparılması nəzərdə tutulmur.

Bu qün Seula gəlmiş ABŞ dövlət katibinin köməkçisi Kristofer Hill qətnamədə nəzərdə tutlmuş tədbirlərin tam həcmdə həyata keçirilməsinin vacibliyini xüsusi qeyd etmişdir.

XS
SM
MD
LG