Accessibility links

Əvəzpur qardaşları azadlığa buraxılsalar da, təzyiqlərə məruz qalırlar


Oktyabrın 11-də Beynəlxalq Amnistiya təşkilatının haqqında təcili tədbir kampaniyası başladığı Əvəzpur qardaşları azadlığa buraxılıb. Mustafa Əvəzpur həbsdəki işgəncələr barədə xatirələrini Amerikanın səsi ilə bölüşüb.

Beynəlxalq insan huquqları təşkilatı Amnesty İnternational İranda azlıqlara qarşı davam edən təzyiqlərlə bağlı narahatlığını bildirərək qeyd etmişdi ki, Mehr ayının 1-i yeni tədris ilinin başlanğıcını boykot etməyə cağıran 15-dən artıq azərbaycanlı fəal həbs edilmişdi.

Mustafa Əvəzpur, onun 15 və 16 yaşlı qardaşları Məhəmməd Reza və Murtuza da sentyabr ayının 21-də nəzarət altına alınmışdı. Kanadalı hüquq müdafiəçisi Faxtə Zamaninin sözlərinə görə, Əvəzpur qardaşları vicdan məhbusu sayılmalıdır.

Amnesty İnternationalın sənədində Əvəzpurların evində axtarış aparıldığı, atalarının sorğu-sual zamanı kəşfiyyat rəsmiləri tərəfindən döyüldüyü bildirilirdi.

Həbsdən azad olunan Mustafa Əvəzpur Amerikanın səsinə müsahibəsində döyülmələrin Ettelaatın təcridxanasında da davam etdiyini bildirdi. Mustafa həbsdə ikən haqsızlıqlara qarşı aclıq aksiyası keçirib.

Müstafa və Məhəmmədrza Əvəzpurlar həbsdə ikən nə ailəsi, nə də vəkil ilə görüşmək imkanı ilə təmin olunmayıb. Mustafa Əvəzpurun sözlərinə görə İranda 15 yaşlıları nəinki həbs edə bilirlər, hətta döyürlər də.

Murtuza Əvəzpur oktyabrın ilk günlərində həbsdən azad olunsa da, 25 yaşlı Mustafa və 15 yaşlı Məhəmməd Rza 22 gün dustaq olublar. Bunlardan Mustafa 10, Məhəmmədrza isə 13 gününü Ettelaatın təcridxanasında saxlanılıb. Sonra isə Təbriz həbsxanasına köçürülüblər.

Mustafanın sözlərinə görə, Təbriz həbsxanasında Məhəmmədrzanı ağır cinayətkarlarla bir kameraya salaraq, onun həyatına təhlükə yaradıblar. Həbsdən zəmanət sənədi ilə buraxılan Əvəzpur qardaşları indi məhkəmələrini gözləyir.

Lakin Mustafa və Məhəmmədrzanın problemləri hələ irəlidədir. Belə ki, 15 yaşlı Məhəmmədrzanı məktəbə götürməkdən imtina edirlər. Mustafanı isə siyasi görüşlərinə görə işə götürmürlər. Mustafa Əvəzpur ölkədən mühacirət eytmək istəmir. Amma onun da cavabsız qalan sualları var:

XS
SM
MD
LG