Accessibility links

ABŞ Dövlət Katibi Kondoliza Rays Şimali Koreyanın əlavə nüvə sınağı keçirməyəcəyi haqda deyilənləri təkzib edir


ABŞ Dövlət Katibi Kondoliza Rays mediada Şimali Koreya lideri Kim Conq İlin bir daha nüvə sınağı keçirməyəcəyi haqda dolaşan xəbərləri təkzib edib. Xanım Rays bu sözləri Rusiya rəsmiləri ilə görüşmək üçün Moskvaya uçarkən söyləyib. Mətbuatda dolaşan xəbərlərə əsasən Şimali Koreya lideri öz ölkəsinə səfər edən Çin elçilərinə nüvə sınağı keçirməyəcəyini vəd etmişdi. Lakin Kondoliza Rays bildirib ki, Çin rəsmilərilə görüşlərində bu haqda heç nə deyilməyib. Bu arada Rusiya Xarici işlər naziri Sergey Lavrov ABŞ və Şimali Koreyanı öz aralarındakı fərqləri güzəşt yolu ilə həll etməyə səsləyib.
XS
SM
MD
LG