ABŞ Dövlət Katibi Kondoliza Rays qətlə yetirilmiş Rus jurnalisti Anna Politkovskayanın 28 yaşlı oğlu və onun çalışdığı Novaya Qazeta dərgisinin redaktor heyəti ilə görüşüb. ABŞ rəsmilərinin məlumatına görə görüş xanım Raysın Moskvada qaldığı oteldə keçirilib. Rusiya paytaxtına gəlməzdən əvvəl xanım Rays müxbirlərə bildirib ki, Rusiyada jurnalistlərin taleyi Amerikanın başlıca narahatlıq məbərindəndir. Anna Politkovskaya Oktyabrın 7-də öz Moskva mənzilinn qarşısında güllə ilə qətlə yetirilib.