Accessibility links

Sudan BMT elçisini qovur


Sudan hökuməti BMT elçisi Yan Pronka 3 gün ərzində ölkəni tərk etmək əmri verib. Əmr Sudanın dövlət orqanlarında çap edilib, lakin Pronkun ölkədən çıxarılmasının səbəbi açıqlanmayıb. Ötən həftə Sudan BMT elçisinin Darfurda Sudan hərbi qüvvələri haqda dediklərinə etiraz etmişdi. Pronk öz şəxsi İntrnet səhifəsində yazmışdı ki, Sudan ordusu Darfurda qiyamçılara iki iri döyüşdə məğlub olub və bunun nəticəsində moral aşağı düşüb. O, həmçinin deyib ki, bəzi əsgərlər vuruşmaqdan imtina edirlər. Hərbi sözçü Pronkun dediklərini inkar edərək onun ordu məsələlərinə qarışdığını bildirib. Qeyd edək ki, Xartum Avqust ayında hökumətlə sülh müqaviləsi bağlamaqdan imtina edən qiyamçılara qarşı hücum əməliyyatlarına başlayıb.
XS
SM
MD
LG