Accessibility links

Nyu Cersinin Ali Məhkəməsi homoseksualların nikahını təsdiq etdi


Nyu Cersi ştatının Ali Məhkəməsi homoseksualların nikahı barədə hökm çıxraıb. Ali Məhkəmə homoseksualların heteroseksuallar kimi bərabər hüquqlara malik olduğunu elan edib. Hazırda qanunvericilərə hökmü qüvvəyə mindimələri üçün 180 gün verilib. Qeyd edək ki, 7 üzvlü məhkəmə heyətindən 4-ü homokesaulların nikahının əleyhinə səs veriblər. Lakin hakim deyib ki, ABŞ konstitusiyasına əsasən qeyri-barəbər hüquqlara artıq yol verilməməlidir. Məhkəmənin qərarının opponentləri isə nikahın kişi və qadın arasında olmasında israr edirlər. Onlar homoseksualların seçimlərində azad olduğunu desələr də, bu qruplarların nikan məhfumuna uyğun gəlmədiklərini bildirilər. Ali Məhkəmə qarşısında toplaşan bir qrup insan məhkəmənin qərarına dəstək verib. Qeyd edək ki, Nyu Cersi ştatı Masaçussetsdən sonra homoseksualların nikahını leqallaşdıran ikinci ştatdır.
XS
SM
MD
LG