Accessibility links

Somalidə kütləvi etiraz aksiyaları keçirilir


Efiopiya qüvvələrinin ölkədəki mövcudluğuna etiraz olaraq minlərlə Somali vətəndaşı etiraz aksiyası keçirib. İslamçı liderlər bir sıra şəhərlərdə keçirilən nümayişlər zamanı qonşu Efipiyaya qarşı müqəddəs müharibəyə çağırıblar. Onlar xristian Efiopiyanın müsəlman Somalini işğal edəcəyini deyiblər. BMT-nin baş katibi Kofi Annan Somalinin qonşularını regionda gərginliyin artmasına yol verməməyə çağırıb. BMT sözçüsü Kofi Annanın Somalidəki xarici qüvvələrdən xəbərdar olduğunu, lakin onun məlumatı təsdiq etməkdən imtina etdiyini bildirib.

XS
SM
MD
LG