Accessibility links

Banqladeşdə hakimiyyətin təhvili təxirə salınıb


" hspace=2 src="/azerbaijani/images/ap_bangladesh_protest_police_28oct06_eng_195.jpg" width=210 align=left vspace=2 border=0>Səlahiyyət müddəti başa çatan Bangladeş höküməti hakimiyyətin təhvili ilə razılaşmayan müxalifət partiyalarının keçirdiyi kütləvi nümayişlərlərlə əlaqədər səlahiyyətlərin müvəqqəti administrasiyaya verilməsini təxirə salıb. Hökümətlə müxalifət partiyası arasındakı qarşıdurma küçə döyüşlərinə səbəb olub, nəticədə 5 nəfər öldürülüb. Paytaxt Dakkada çıxış edən prezidentin nümayəndəsi bildirib ki, cənab Həsənin başçılığı ilə müvəqqəti hökümətin andiçmə mərasimi Həsənin xəstəliyi səbəbi ilə təxirə salınıb. Lakin mətbuatın yazdığına görə, cənab Həsənin qəfil xəstəliyi ilə bağlı şaiyələr onun müvəqqəti administrasiyaya rəhbərlik etməkdən imtina etməsi ola bilər. Müvəqqəti administrasiya 5 illik səlahiyyəti bu həftə bitmiş baş nazir Xalidə Ziyadan təhvil almalı, qələn ilin yanvar ayı yeni seçkilərin təşkilinədək ölkəni idarə etməli idi. Qanunvericiliyə əsasən bu prosedur 14 qün ərzində həyata keçirilməlidir. Hökümətin cənab Həsənin təyinatı planları gərgin mübahisələrə yol açıb. Aparıcı müxalifət partiyası Avami Liq onu bir zamanlar üzvü olduğu hakim partiyanın tərəfdarı olduğunu deyir. Müxalifətin ölkəni kütləvi nümayişlər keçirməklə iflic vəziyyətə salacağı barədə hədə-qorxuları hələ hökümətin səlahiyətlərinin bitməsindən əvvəl səslənmişdi.

XS
SM
MD
LG