Accessibility links

Suriyada siyasi məhbuslar aclıq aksiyasına başlayıb


Suriyadakı insan hüquqlarını müdafiə qrupunun üzvləri öz həbslərinə etiraz əlaməti olaraq aclıq aksiyası başlayıblar.

Suriyanın İnsan Haqları təşkilatı bildirib ki, bu gün həbsdə olan Kamal Ləbvani və Ənvər əl Bunni yeməkdən imtina ediblər. Onlar hüquq müdafiəçilərinin həbsi və davam edən repressiyalara qrşı etiraz edir.

Qrup Suriyanın tanınmış yazıçısı, həbsdə olan Mişel Kilonun da uçgünlük aclığa başladığını bildirib. Kilo və Bunni May ayında Dəməşqdə Suriyanı Livanla diplomatik əlaqələrə səsləyən müraciətə imza atdıqdan sonra həbs edilib.

Ləbvani isə 2005-cvi ilin noyabrında ABŞ səfərindən geri dönərkən hava limanında həbs olunub.

XS
SM
MD
LG