Accessibility links

Tibb mövzusunda debatlar seçkiqabağı qalmaqala səbəb olub


Debatlar mövzusu olan spesifik siyasi məsələlər arasında gövdə hüceyrələri aradırmaları da yer alır. Hollivud aktyoru Maykl Foks bu araşdırmaların tərəfdarı olan siyasətçilərin seçkiqabağı kampaniyalarına başçılıq edir. Bu araşdırmaların bir zamanlar Parkinson xəstəliyinin müalicəsinə yardım edəcəyi deyilir. Maykl Foks özü bu xəstəlikdən əziyyət çəkir.

“Siz mənim gövdə araşdırmalarına nə qədər dərin maraq göstərdiyimi bilirsiniz. Missuri ştatında mənim ümidlərimi bölüşən Kalir Makkaskili seç bilərsiniz. Təəəsüflər olsun ki, senator Cim Talent bu aradırmların əleyhinədir. Senator Talent hətta bu ümidlərə yol açan elmi cinayət kimi dəyərləndirir.”

Qeyd edək ki, respublikaçı senator Talent Senatda Missiru ştatının yeri uğrunda mübarizə aparır. O, embrion gövdə araşdırmalarının əleyhinə çıxaraq, insan rüşeyminin məhv edilməsini həyat normalarına zidd adlandırır. Alimlər isə gövdə hüceyrələri araşdırmalarının əlillərin həyatının xialsında mühüm rol oynayacağını deyirlər.

Mühafizəkar radio şərhçisi Raş Limbau bu yaxınlarda araşdırmaların tərəfdarı olan siyasətçilərin seçkiqabağı kampaniyalarına başçılıq edən Maykl Foksu kəskin tənqid atəşinə tutmuşdu: “Xəstəliklərə təsirlərin şişirdilməsi yalnız reklam məqsədi daşıyır. Onun ətrafda dolanıb, buna diqqətləri cəlb etdirməsi ancaq görüntüdür.”

Limbau bundan sonra şikayətlərlə ona zəng edən dinləyicilərindən üzr istəməli olmuşdu. Digər bir mühafizəkar aparıcı Şan Hannity Maykl Foksun reklamlarının yanlış təsəvvür yaratdığını deyib: “Bu, gövdə hüceylərlərinin federal fondları haqdadır. Missuridə bu araşdırmalar tamamilə qanunidir. Buna fondlar ayrılıb və artıq universitetlərdə tədqiqatlar aparılır. Bunu reklam etməyə ehtiyac yoxdur.”

İyul ayında respublikaçıların əksəriyyət təşkil etdiyi Konqres prezident Buşun bir və yeganə vetosuna qarşı səsvermədə lazımi səsi toplaya bilməmişdi. Prezident gövdə hüceyrələri tədqiqatlarına əlavə fond ayrılmasının əleyhinə çıxış edir. Lakin özəl araşdırmalar bu ölkədə qanunidir. Maykl Foks kimi tədqiqatların tərəfdarları indi veto qoyulan qanunun təsdiqini təmin etmək üçün Konresin 3-də iki hissəsi kimi çoxluğu əldə etməyə çalışır.

XS
SM
MD
LG