Accessibility links

Azərbaycanlı Amerikalılar seçkilərə hazırlaşır


Birləşmiş Ştatlarda Konqresə seçkilərə bir gün qalır. Seçkiqabağı sorğular demokratların üstünlük təşkil etdiyini göstərir. Ənənəvi olaraq demokratları bəyənməyən azərbaycanlı amerikalıların da bu seçkilərdə könlü demokratlaradır. Hər halda, Birləşmiş Ştatların müxtəlif ştatlarında yaşayan azərbaycanlıların cavablarından belə görünür.

Professor İsmayıl Rüstəmov Kaliforniyada yaşayan seçicidir. Onun bu seçkilərdən gözlədiyi demokratların qələbəsidir.

Merilend ştatından olan seçici Həcər Məmmədovanın da siyasi baxışları eynidir.

Virginiyadan olan 23 yaşlı seçici Leyla Babayeva da demokratların qələbəsini istəyir.

Bəs görəsən həmsöhbətlərimizin seçimində azərbaycanlı olmaları nə qədər təsir göstərir?

İsmayıl Rüstəmov azərbaycanlı seçicilərin həm Amerikanı, həım də Azərbaycanı nəzərdə tutmalı olduqlarını deyir. Leyla Babayeva seçimini əlli əlliyə düsturu üzrə müəyyənləşdirir.

Qeyd edək ki, Birləşmiş Ştatlarda yaşayan ermənilər artıq dəstəklədikləri namizədlərin siyahısını erməni icmasına yayıblar. Azərbaycanlı icması hələ ki, belə kampaniyalar aparmır.

Tam reportajı audio-formatda dinləyin

XS
SM
MD
LG