Accessibility links

Abbas Leysani yenidən həbs edilib


Bu gün Ərdəbil şəhərində azərbaycanlıların hüquqları uğrunda mübarizənuin tanınmış simalarından biri Abbas Leysani yenidən həbs edilib.

Bu barədə servisimizə Abbas bəyin xanımı Ruqəyya Leysani məlumat verib. Ruqəyya xanım həbsin qanunsuz olduğunu bildirib. Belə ki, Abbas Leysaniyə sentyabr və oktyabr aylarında kəsilmiş məhkəmə hökmlərindən sonra onların apellyasiya şikayətinə hələ baxılmayıb. Appelyasiya məhkəməsinin hər hansı bir qərarı olmadan həbs cəzasının icraatı isə qanunsuzdur.

Abbas Leysani may hadisələrindən sonra da 4 ay həbsdə olmuşdu. 4 aylıq həbsdən sonra zaminə buraxılan hərəkat liderinə imamcümə ilə ünsiyyətdə olmaq tövsiyyə olunmuşdu.

Ruqəyya xanımın bildirdiyinə görə, artıq Abbas Leysaninin vəkilinə xəbər verilib və o, qanunsuz həbsə qarşı etiraz edəcək.

Tam reportajı audio-formatda dinləyin

XS
SM
MD
LG