ABŞ-ın vitse-prezidenti Dik Çeyni seçkilərə bir neçə gün qalmış senator Kerrinin sözlərini əsgərlərin alçaldılmasına sübut adlandırıb. Respubliakçıların Milli Komitəsinin veb səhifəsində respubliaçıların fəalları və onun dövlət rəsmiləri üzr istənilməsinə çağırıblar. Senator Kerri radio müsahibəsi zamanı üzr istəyərək, dedikləri ilə qüvvələri deyil, təhsil sistemini tənqid etmək istədiyini bildirib. ABŞ-ın vitse-prezidenti Dik Çeyni bildirib ki, İraqda xidmət göstərən əsgərlər ev tapşırıqlarını yerinə yetirmədiyi və ya yaxşı oxumadıqlarına görə İraqda deyillər, onlar bizim dövləti ən yaxşı tərəfdən təmsil edən insanlardır. “Onlar vətənpərvər, ağıllı, təlimləndirilmiş və öz missiyalarına sadiq insanlardır, onlar qəhrəman, Amerika Birləşmiş Ştatlarının fəxridirlər”-deyə Dik Çeyni bildirib. Senator Con Kerri deyib ki, ABŞ prezidenti Corc Buş İraqdakı Amerika qüvvələrindən üzr istəməlidir. O, fikrini söylədikdə İraqdakı əsgərləri deyil, prezident Buşu və onun ətrafındakı insanları nəzərdə tutduğunu bildirib. Ağ Evin sözçüsü Toni Snou senatorun üzrxahlığının qaneedici olmadığını deyib.