Accessibility links

Yaponiya Şimali Koreya tərəfindən oğurlanan vətəndaşlarını xilas etmək üçün lazımi addımlar atacaq


Yaponiya məhkəməsi 2 yapon vətəndaşının casus kimi hazırlanması üçün oğurlanmasında iştirak etmiş Şimali Koreyalı qadının həbsinə qərar verib. Məhkəmə bu gün Hitomi Soqa və onun anası Miyoşi Soqanı 1978-ci ildə girov götürməkdə ittiham edilən Kim Myunq Sukun həbsini tələb edir. Pxenyan 2002-ci ildə Hitomi Soqanın Yaponiyaya qayıtmasına razılıq verdi, lakin onun anası Miyoşinin Şimali Koreyada öldüyünü söylədi. Yaponiyanın Ali Kabinet katibi Yasuhisa Şiozaki bəyan edib ki, Tokio kommunist hökumətindən hazırda 70-80 yaşlarında olan qadının təhvil verilməsini tələb edəcək. Yaponiya baş naziri Şinzo Abe isə müxbirlərə bildirib ki, Yaponiya Şimali Koreya tərəfindən oğurlanan vətəndaşlarını xilas etmək üçün lazımi addımlar atmalıdır.

XS
SM
MD
LG