Accessibility links

Səddam Hüseynə sabah hökm oxuna bilər


Səddam Hüseynə qarşı irəli sürülən hərbi cinayət ittihamları üzrə uzun müddətdir davam edən məhkəmədə hökmün sabah elan olunacağı qözlənilir. Məhkəmə İraqın sabiq diktatorunu qünahkar elan edəcəyi təqdirdə zorakılıq aksiyalarının başlanması ehtimalını nəzərə alaraq, hökümət rəsmiləri ölkə miqyasında təhlükəsizlik tədbirlərini gücləndirmişlər.

Hal hazırda hərbçilərin məzuniyyətləri ləğv edilib və İraq ordusu yüksək hazırlıq vəziyyətindədir. Bir həftə bundan əvvəl Səddam Hüseynin vəkili məhkəməyə xəbərdar edib ki, uzunmüddətli məhkəmə dinləmələrindən sonra sabiq İraq rəhbərinin qünahkar elan edilməsi bütün Yaxın Şərqdə yeni zorakılıq dalğasına səbəb ola bilər.

Səddam və onun 7 tərəfdarı, 1982-ci ildən əsasən şiələrin yaşadığı Düceyl şəhərində təxminən 150 nəfərin qətli barədə qöstəriş verməkdə ittiham olunurlar. Xatırladaq ki, bu qətllər Səddam Hüseynə qarşı sui-qəsd cəhdindən sonra baş vermişdi.

Bağdad məhkəməsi 10 ay ərzində şahidlərin ifadələrini dinləyib. Günahkar elan olunacağı təqdirdə sabiq İraq diktatoru ölüm cəzasına məhküm oluna bulər. Məhkəmənin verəcəyi hökmdən asılı olmayaraq, iraqlıların çoxu deyir ki, dinləmələr Səddamın əzəmətli rəhbər imicini dağıdıb. "Onun zamanəsi bitdi. Biz ondan artıq qorxmuruq... Artıq onun bizim üzərimizdə hakimiyyəti bitdi və bizim aramızda ona sitayış edənlər yoxdur. Bunlar bitti və indi o, heç kim, sadə bir insandır".

Səddam Hüseynin məhkəməsi milli televiziya vasitəsi ilə canlı yayımlanırdı. Lakin uzun müddət aparılmış məhkəmə zamanı baş vermiş ləngimələr və ölkədə baş verən zorakılıqlar, bu məhkəməyə içtimai diqqətin azalmasına səbəb olmuşdur.

XS
SM
MD
LG