Birləşmiş Ştatlarda keçirilən Konqres seçkilərinin nəticələri göstərir ki, müxalif Demokrat Partiyası Nümayəndələr Palatasına nəzarəti ələ ala bilib. Lakin hələlik Senata nəticələr tam hesablanmayıb. Demokratlar 1994-cü ildən bəri Nümayəndələr Palatasında ilk dəfə üstünlük əldə etmişlər. Rəy sorğuları göstərir ki, prezident Buşun siyasəti və İraq müharibəsinin əleyhinə olan bir çox seçici demokratlara səs vermişdir. Respublikaçıların Milli Komitəsinin lideri Tom Reynolds respublikaçıların seçicilərin bu qədər narazı olmasından təəccübləndiyini bildirib. Demokratlar Senata nəzarət etmək üçün onlara lazım olan 6 yerdən 5-i qazana biliblər. İndi Senatın taleyini Vircinya ştatı həll edəcək. Demokratların qələbəsilə Konqresin üzvü Nensi Pelozi Nümayəndələr Palatasının lik qadın spikeri olacaq.