Accessibility links

T.Bleyr "zəhərli təbliğat"la mübarizəyə çağırır


Britaniyanın baş naziri Toni Bleyr ölkəsinin yüksək səlahiyyətli kəşfiyyat rəsmisinin ekstremist və terrorçuların hücumlarının bir nəsil davam edəcəyi barədə dedikləri ilə tam razılaşdığını bildirib. Toni Bleyr deyib ki, Mİ5 Kəşfiyyat Agentliyinin rəhbəri Eliza Maningham-Bullerin gənc müsəlman britaniyalalılar tərəfindən gələn təhlükənin artdığını deməsi həqiqiətə uyğundur. Britaniyanın baş naziri təhlükəslzik ölçülərinin qaneedici olmadığını bildirərək, Britaninyanın onun sözləri ilə deyilsə, müsəlman gənclərin beyinlərinə həkk edilən bu “zəhərli təbliğatla” mübarizə aparılmalı olduğunu deyib. Toni Bleyrin dedikləri Mİ5 agentliyinin rəhbərinin 30 fəal terrorizm planı və 1600-dən artıq üzvü olan 200 ekstremist birləşmələrinin izinə düşüldüyü söyləməsindən bir gün sonraya təsadüf edir.

XS
SM
MD
LG