Accessibility links

Əl-Qaidə sıralarını genişləndirdiyini bildirir


Əl-Qaidənin İraqdakı terror şəbəkəsinin yayımladığı audio kasetdə İraqda 12000 yaraqlının səfərbər edildiyi bildirilir. Qrupun başçısı Əbü Həmzə Əl-Mühacir audiokasetdə ABŞ prezidenti Corc Buşu kəskin tənqid edərək, İraqda yaraqlıların sayının artdığını bildirib. Qrupun internet səhifəsində yayımlanan bəyanatının həqiqiliyi hələlik təsdiq edilməyib. Bu arada İraqdakı Birləşmiş Ştatların hərbi rəsmiləri dünən Bağdadda iki mina partlayışı nəticəsində 3 Amerika əsgərinin həlak olduğunu bildiriblər. Anbar vilayətində döyüşlər zamanı bir Amerika əsgərinin yaralandığı deyilir. Bağdadın ətrafındakı atışmalarda azı 16 iraqlı həlak olub. Vəzifəsindən istifa verən ABŞ müdafiə naziri Ramsfeld İraqda həyata keçirilən hərbi əməliyyatları böyük müvəffəqiyyət kimi qiymətləndirib. Lakin o, əməliyyatların ikinci mərhələsinin qanenedici və sürətli olmadığını bildirib. İraqın səhiyyə naziri Əli Əl-Şemarinin bildirdiyinə görə, 2003-cü ilin mart ayından etibarən başlayan İraq müharibəsində təxminən 150000 mülki vətəndaş və polis həlak olub. Britaniyanın “Lanset” məcmuəsi isə ötən ay keçirdiyi araşdırmaların nəticəsini açıqlayaraq, müharibə nəticəsində 655000 iraqlının həlak olduğunu bildirib. Prezident Buş Birləşmiş Ştatlar və İraqın rəsmilərilərinin bu göstəricilərin etibarlılığına inanmadığını deyir.

XS
SM
MD
LG