Accessibility links

NATO separatçıların referendumunu pisləyib


NATO Gürcüstanın separatist Cənubi Osetiya regionunda müstəqillik referendumunun keçirilməsini pisləyib. Bu günkü bəyanatında alyansın baş katibi Yap de Hop Şeffer özünün dediyi kimi "qondarma referendum və seçkiləri” tənqid edib.

Onun sözlərinə görə, səsvermə bu Cənubi Qafqaz regionunda gərginliyin artırılmasından başqa heç nəyə xidmət etmir. NATO-nun baş katibi beynəlxalq ictimaiyyətin Gürcüstanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəklədiyini deyir. O bütün tərəfləri regionda uzunmüddətli sülh və stabilliyə nail olmaq üçün danışıqlara səsləyib.

XS
SM
MD
LG