Accessibility links

Demokratlar İraqdan qoşunların geri çağırılmasını istəyir


ABŞ senatındakı demokrat liderlər İraq siyasətinin dəyişməsinin prioritet olacağını deyir.

Senator Karl Levin İraqdan qoşunların mərhələli çıxışının 4-6 aydan sonra başlamasına çağırır.

O, respublikaçıların da demokratlara qoşularaq president Buşu İraq hökumətinə ABŞ qoşunlarının orada daim qalmayacağını deməyə çağıracaqlarına ümid etdiyini söyləyib.

Levin və senator Cozef Biden deyiblər ki, ABŞ qanunvericiləri iraqlılara zorakılığı siyasi yollarla çözmələri üçün təzyiq göstərəcək.

Prezident apparatının rəhbəri Coş Bolton isə deyib ki, administrasiya qoşunların çəkilməsinin vaxtının müəyyənləşdirilməsinə tərəfdar deyil, amma istənilən ideyaları alqışlayır.

XS
SM
MD
LG