Accessibility links

Cənubi Osetiya seçkilərinin nəticələrini tanıyan olmayıb


Rusiya ilə sərhəd Cənubi Osetiyanda dünən keçirilən parlament seçkilərinin nəticələri seçicilərin böyük əksəriyyətlə Cənubi Osetiyanın tam müstəqilliyini dəstəklədiyini göstərib. Seçkilərin nəticələrinin rəsmən tanınmamamsı Gürcüstanla Rusiya arasındakı gərgin münasibətlərə yumşaldıcı təsir bağışlaya bilər.

Sənubi Osetiyanın Mərkəzi Seçki Komissiyasının sədri Bella Pliyeva bildirib ki, seçkilərin ilkin nəticələri qeydiyyatdan keçmiş 55 000 seçicinin 99 %-nin Cənubi Osetiyanın Gürcüstandan ayrılması tərəfdarı olduğunu göstərir. Onlar eləcə də, prezident Eduard Kokoitinin yenidən seçilməsinə səs vermişlər. Cənibi Osetiyanın separatçı rəhbərliyi referendumu beynəxlaq miqyasda tanınmasına və nə vaxtsa Rusiya ilə birləşməsinə doğru ilk addım kimi qiymətləndirib. Qeyd edək ki, Gürcüstan prezidenti Mixail Saakaşvili buna heç vaxt yol verilməyəcəyini bildirir.

Rusiyanın yerli televiziyası seçkilər barədə məlumatları yayımlasa da nə Rusiya, nə də ki, beynəlxalq ictimaiyyət seçkilərin nəticələrini tanıyır. Rusiyanın seçkilərin monitorinqi üzrə mütəxəssisi Pavel Vaylin seçkilərin azad və ədalətli keçirildiyini, bunun Cənubi Osetiya xalqının müstəqillik istədiyinin təcəssümü olduğunu deyib.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Cənubi Osetiya seçkilərini əks-produktiv adlandırıb. Gürcüstan rəsmiləri isə Rusiyanı referenduma de-fakto dəstək verməkdə günahlandıraraq, Avropa İttifaqı və NATO-ya üzv olmağa cəhd edən Gürcüstanı cəzalandırmaq istədiyini deyir. Rusiya prezidenti Valdimir Putin bu ittihamları rədd edərək, Gürcüstan rəsmilərinin daha çox daxili məsələlərə diqqət yetirməli olduqlarını deyib.

XS
SM
MD
LG