Accessibility links

Fələstin hökumətinə yeni baş nazir təyin edilməsi barədə razılıq əldə edilib


Fələstin rəsmiləri yeni baş nazirin təyinatı və birlik hökuməti ilə bağlı razılığa gəldiklərini, lakin müzakirələrin başa çatmadığını bildirirlər. Amerikanın Səsinin müxbiri Cim Tipl Qüdsdən verdiyi xəbərdə bildirir ki, danışıqlar İsrailin baş nazirinin Vaşınqtonda Amerika rəsmiləri ilə Fələstin barədə müzakirələr keçirdiyi vaxt davam etdirilir.

Fətah və Həmas müzakirəçilərinin Fələstinin yeni kabineti barədə danışıqları Qəzza şəhərində keçirilir. Xəbərlərdə baş nazir vəzifəsinə Qəzzadakı İslam Universitetinin keçmiş rəhbəri Məhəmməd Şabirin namizədliyinin irəli sürüldüyü bildirilir.

Həmas hökumətinin baş naziri İsmayil Haniyehin yerinə namizəd göstərilən Şabir Həmas təşkilatının üzvü deyil. O, Fələstinə qarşı beynəxlaq sanksiyalar götürüldüyü təqdirdə istefa verməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, İsrailin baş naziri Ehud Olmert prezident Buş və digər yüksək səviyyəli rəsmilərlə danışıqlar məqsədi ilə hal-hazırda Vaşınqtondadır. Hələ Birləşmiş Ştatlara yola düşməzdən əvvəl cənab Olmert Fəlstin prezidenti Mahmud Abbasla danışıqlar aparamaq arzusunda olduğunu bildirmişdi. Fəlsətinin Siyasət İnstitutunun direktoru Mahdi Hadi isə bildirib ki, İsrail Fələstin liderinə danışıqlar üçün qaneedici səbəb göstərməsə Mahmud Abbas onunla görüş keçirməyəcək.

XS
SM
MD
LG