Accessibility links

Livanda Hizbullah Siniora  Hökumətinin əvəz edilməsinə çalışır


Livanın şiə lideri Həsən Nəsrullah bu gün “As-Safir” qəzetində dərc edilən şərhində Fuad Sinioranın rəhbərlik etdiyi hökumətin buraxılmasına cağırıb. O, Siniora hökumətinin etibarsız olduğunu və yaxın bir vaxtda yeni bir hökumətlə əvəz ediləcəyini söyləyib. Baş nazir Siniora isə Royter xəbər agentliyinə siyasi dialoq yolunu davam etdirəcəyini bildirib. Lakin o deyib ki, Hizbullahın nazirlər kabinetində yerlərin üçdə bir hissəsini əldə etmək tələbi qəbuledilməzdir. Digər tərəfdən Birləşmiş Millətlər Təşkilatının, keçmiş baş nazir Rafiq Həririnin qətlində şübhəli bilinənlərin beynəlxalq məhkəmə qarşısına çıxması barədə planı dünən Livan hökuməti tərəfindən qəbul edilib. Livan hökuməti Suriya tərəfdarı altı nazirin istefasına baxmayaraq, həmin planı təstiq edib. BMT-nin apardığı istintaq zamanı Həririnin qətlinə səbəb olan maşına yerləşdirilmiş bomba partlayışında Suriya rəsmilərinin əli olduğuna işarə edən dəlillər aşkar edilib.

XS
SM
MD
LG