Accessibility links

Əl Cəzirə ingilis dilində proqramlar yayımlamağa başlayıb


Ərəb tele-şirkəti Əl Cəzirə uzun müddətdir yubadılan ingilis dilli proqramlarına başlayıb. Qattarda yerləşən tele-şirkətin bildirdiyinə görə, ingilis dilində verilişlər 24 saat yayımlanacaq. Gündəlik verilişin 12 saatı canlı müsahibələr, xəbərlər və analitik proqramlara ayrılıb.

BBC kimi qərbin aparıcı xəbər agentlikləri ilə rəqabətə qoşulan Əl Cəzirə proqramlarında Yaxın Şərq reportajlarına və məsələlərinə, ərəb perspektivindən baxışlara da yer veriləcəyini bildirib.

XS
SM
MD
LG