Accessibility links

ABŞ generalı İraqdan hərbi qüvvələrin çıxarılması üçün vaxtın müəyyən edilməsinə razı deyil


Birləşmiş Ştatların hərbi qüvvələrinin Yaxın Şərqdə komandanı, ordu generalı Con Abizayd ABŞ hərbi qüvvələrinin İraqdan çıxarılmas üçün vaxtın müəyyən edilməsi fikrini rədd edib. General Abizayd bunu bu gün Senatın silahlı qüvvələr komitəsi qarşısında ifadə verən zaman söyləyib. Bu, keçən həftə Konqres seçkilərindən sonra demokratların qələbəsindən sonra onun komitə qarşısında ilk çıxışıdır. General Abizayd İraqda təriqət zəminində zorakılıqların təhlükəli səviyyəyə qalxmasına baxmayaraq, vəziyyətin sabitləşəcəyinə nikbin bxadığnı deyib. Onun sözlərinə görə, hərbi qüvvələrin ölkədən çıxarılması üçün vaxtın müəyyən edilməsi ABŞ və İraq hərbi qüvvələrini idarə etmək üçün komandirlərə lazım olan imkanları məhdudlaşdıra bilər. Gələn il Senatın silahlı qüvvələr komitəsinin sədi vəzifəsini demorkat senator Karl Levin icra edəcək. Senator Levin prezident Buşu İraqın liderlərinə ABŞ-ın hərbi qüvvələri dörd aydan altı aya qədər müddət ərzində çıxarmağa başlayacağını deməyə çağırıb.
XS
SM
MD
LG