Accessibility links

Ruqəyya Lisani: "Mən həbs olunsam, xəbərləri uşaqlarım çatdıracaq"


İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın tanınmış simalarından biri Abbas Lisani iki həftədən artıqdır ki, həbsdədir.

Abbas Lisaninin xanımı Ruqəyya xanım həyat yoldaşı ilə görüşə bildiyini, onun ağır cinayətlər törətmiş şəxslərlə bir kamerada saxlanmasına baxmayaraq, ruhdan düşmədiyini deyir.

Ruqəyya xanım Abbas Lisaninin həbsinin qanunsuz olduğu qənaətindədir.

İran məhkəməsindən ümidi üzülən Ruqəyya xanım Abbas Lisaninin azad olunması üçün mübarizəni davam etdirmək əzmindədir.

Ruqəyya xanımı Abbas Lisaninin həbsi nbarədə məlumatları xaricə ötürməsi ilə bağlı onun haqqında çıxarılan həbs hökmü də qorxutmur.

Ruqəyya Lisani Abbas Lisaninin həbsi və Çənlibel adlı dükanının bağlanması ilə bağlı maddi çətinliklərdən daha artıq, Abbas bəyin ailəyə yardım edən silahdaşlarının həbs təhlükəsi ilə üzləşməsindən narahatdır. Hamini qorxudurlar Bununla belə, Abbas Lisaninin xanımı sınmayacağını deyir.

Ruqəyya Lisani ilə müsahibəni audio-formatda dinləyin

XS
SM
MD
LG