Accessibility links

İraqda reydlər davam edir


İraqdakı koalisiya qüvvələri ölkə miqyasında 11 yaraqlını öldürdüklərini və terrorda şübhəli bilinən 24 nəfərin saxlanıldığını bildirir. İraq hərbi qüvvələri girovdarların və terrorçuların şəbəkələrini məhv etmək üçün Bağdadın ətrafındakı Sədr şəhərinə reyd təşkil ediblər. Eyni zamanda cümə axşamı girov götürülən bir Avstriyalı və dörd Amerikalını tapmaq üçün axtarışlar davam edir.

Birləşmiş Ştatların rəsmiləri bildirirlər ki, Koalisiya qüvvələri bu reydləri Tikrit, Baqoba, Hit, Yusufabad və Bağddada həyata keçiriblər. Lakin onlar bu barədə ətraflı məlumat verməyiblər. İraq və Birləşmiş Ştatların rəsmiləri deyirlər ki, İraqda müqavilə ilə işləyən bir Avstralı və dörd Amerikalı girovun taleyi barədə hələlik heç bir xəbər əldə edilməyib.

Bu arada İran televiziyası tanınmayan bir qrupun bəyanatına istinadən bilrib ki, qrup onların girov götürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Qrupun bu iddiası müstəqil mənbələr tərəfindən təsdiq edilməyib. Britaniyanın Baş Naziri Toni Bleyr İraqda zorakılıqların davam etməsinin məsuliyyətini Əl-Qaida ilə bağlı olan sünni yaraqlıların və İranın dəstəklədiyi şiə yaraqlıların üzərinə atıb. Cənab Bleyr Əl-Cəzirə televiziyasına verdiyi müsahibəsində deyib ki, yaraqlıların zorakılıq hərəkətləri İraqı fəlakətə sürükləyib.

Bu arada Birləşmiş Ştatların Yaxın Şərq üzrə komandiri general John Abizaid Harvard universitetində çıxışı zamanı deyib ki, Birləşmiş Ştatlar islamçi ekstremistərin qarşısını almalıdır, əks təqdirdə Üçüncü Dünya müharibəsi baş verə bilər. General islam ekstremizmini 20-30-cü illərin faşist ideologiyası ilə müqayisə edərək İkinci Dünya müharibəsinin məhz faşist ideologiyasının məhsulu olduğunu deyib. General Ərəb İsrail münaqişəsinin dinc yolla həll olunmasının və İranın Yaxın Şərqdə sabitliyin yaradılmasında iştirakının vacibliyini vurğulayıb.

XS
SM
MD
LG