Pakistan və Briytaniyanın liderləri ölkələrinin terrorla mübarizədə daha sız əməkdaşlıq edəcəyini bildiriblər.
Pakistanın Lahor şəhərində bu gün keçən danışıqlar zamanı Britaniyanın baş naziri Toni Bleyr və Pakistan prezidenti Pərviz Müşərrəf ekstremizmə qarşı mübarizədə mötədilləri dəstəkləyəcəklərini bildiriblər.
Əməkdaşlığın tərkib hissəsi kimi Böyük Britaniyanın Pakistana yardımı iki dəfə artırılacaq. Artan yardımın böyük hissəsi Pakistanın dini məktəblərində mötədil İslamın təbliğatına yönələcək.