Accessibility links

Corc Buş İndoneziya prezidenti ilə görüşüb


ABŞ prezidenti Corc Buş dünyanın ən çox müsəlman əhalisinə malik olan və Amerikanın terrorizmlə mübarizədə ən yaxın müttəfiqi olan İndoneziya hökumətinə dəstək verdiyini nümayiş etdirmişdir. Bogor şəhərində cəmi 6 saat olan prezident Buş İndoneziya prezidenti Susilo Banbang Yudhoyono ilə görüşmüşdür.

Görüş bu gün paytaxat Cakartadan 60 km-lik məsafədə yerləşən Boqordakı prezident iqamətgahında təşkil eduilmişdi. Danışıqlar Amerika və İndoneziya liderlərinin əməkdaşlıq vədləri ilə nəticələndi. Lakin cənab Buşun prezident iqamətgahındakı qəbulu buraya gəldiyi zaman yollarada olan etiraz aksiyaları ilə uyğun gəlmirdi. Qeyd edək ki, Boqorda və İndoneziyanın digər şəhərlərində prezident Buşun səfərinə qarşı on minlərlə insan etiraz nümayişləri keçirirdi.

Demokratik hökumətə malik olan və Islamın mötədil formalarından istifadə edən İndoneziya xalqı Birləşmiş Ştatların İraq və Əfqanıstan siyasətindən, eləcə də İsraili dəstəkləməsindən narazıdır. İndoneziyada bəziləri tərəfindən Prezident Buş anti-islamçı kimi qəbul edilir.

Cənab Buş ona qarşı etiraz aksiyalarına pozitiv mövqedən yanaşaraq, bunu demokratiyanın mövcudluğu ilə əlaqələndirmişdir.

İndoneziya prezidenti Yudhoyono isə öz növbəsində İraq müharibəsinin başa çatdırılması üçün yaxşı işlənib-hazırlanmış variantların tərəfdarı olduğunu, ölkədə barışıq yaradılması və İraqın gənc hökumətinə dəstək verilməsinin vacibliyini qyed edib.

XS
SM
MD
LG