Accessibility links

L.Arbor Fələstində insan hüquqlarına riayət edilmədiyini bildirib


BMT-nin insan hüquqları üzrə ali komissarı Luiz Arbor Fələstin ərazilərində İsrail əsgərləri ilə Fələstin yaraqlıları arasında zorakılıqlar zamanı insan hüquqları sahəsində kütləvi şəkildə pozuntulara yol verildiyini bildirib. Bu ayın əvvəlində İsrail qüvvələri tərəfindən 19 adamın öldürüldüyü Beyt-Hanun şəhərində olan Luiz Arbor deyib ki, 5 günlük səfəri çərçivəsində Fələstin və İsrailin liderləri görüş keçirib, zorakılıqlara son qoyulması və mülki vətəndaşların müdafiəsi məqsədi ilə addımlar atılmasına çağıracaq. Bununla yanaşı Fəlsətin prezidenti Mahmud Abbasın yardımçısı Həmasla yeni koalisiya hökumətinin yaradılması barədə danışqıların nəticə vermədiyini və görüşün təxirə salındığını bildirib.

XS
SM
MD
LG