Accessibility links

BMT-nin bioloji silahlara dair konfransı işinə başladı


Bu gün Cenevrədə Birləşmiş Millətlər Təşkilatının bioloji silahlara dair konfransı işinə başlayıb. Konfransda bilojşi silahların qadağan edilməsi ilə bağlı 1972-ci il sazişinin şərtləri nəzərdən keçirilib, mövcud sənədin gücləndirilməsi qarşıya məqsəd qoyulub. Xatırladaq ki, bundan əvvəlki konfrans 2001-ci ildə təşkil edilmişdi.

Amerika Birləşmiş Ştatlarının Bioloji Silahlar Konvensiyasına dair protokol layihəsini rədd etməsi ilə konfransın işi başa çatdırılmamışdı. O vaxt Vaşinqton bildirmişdi ki, təklif edilən yeni ölçülər legitim ticarət fəaliyyətləri və müdafə sahəsinə maneə törədəcək.

Konfransın prezidenti, Pakistan səfiri Məsud Xanın bildirdiyinəg görə, fikir ayrılıqlarının çox hissəsi artıq keçmişdə qalmış, sazişin gücləndirilməsi perspektivləri bu dəfə realdır. Məsud xan bildirib ki, bio-terrorizm milli və beynəxlaq təhlükəsizliyinə hədədir. O, kimyəvi və nüvə silahlarından fərqli olaraq, bioloji silahların istehsalı üçün böyük laboratoriyalara ehtiyac olmadığını bildirib. Məsud xan quş qripi və SARS kimi yoluxucu xəstəliklrəin bio-terrorizmin silahı ola biləcəyini diqqətə çatıdırb.

Qeyd edək ki, BMT-nin bilojşi silahların qadağan edilməsi ilə bağlı 1972-ci il sazişə dair altıncı konfransı iki həftə davam edəcək.

XS
SM
MD
LG