Accessibility links

Fransada 12 milyard dollarlıq nüvə reaktoru quraşdırılacaq


Altı ölkənin və Avropa Birliyinin rəsmiləri Fransada eksperimental nüvə reaktorunun quraşdırılması barədə çoxdan gözlənilən paktı imzalayıblar.

Çin, Hindistan, Yaponiya, Rusiya, Cənubi Koreya, Birləşmiş Ştatlar və Avropa Birliyi 12 milyard dollardan artıq dəyəri olan reaktorun quraşdırılması barədə razılaşmaya bu gün gəliblər.

Beynəlxalq Termonüvə Təcrübə Reaktoru Fransanın cənubunda Kadarakda quraşdırılacaq. Quraşdırma işlərinin on ildən artıq sürəcəyi gözlənilir.

Layihə nüvə fuziyası texnologiyalarını tətbiq etməklə ekoloji cəhətdən təmiz və sonsuz enerji alternativlərinin axtarışı üçün nəzərdə tutulub.

Nüvə fuziyası iki atomun nüvəsinin kombinasiyası olub günəş və ulduzları enerji ilə təmin edən prosesə bənzər bir prosesdir. Bu proses heç bir qaz ifrazına səbəb olmur və çox kiçik həcmdə radioaktiv tullantısı olur.

XS
SM
MD
LG